Türk xalqı 15 iyulda hər hansı topluluq yox, sözün əsl mənasında, millət olduğunu bütün dünyaya göstərdi.
Azərtac xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 16-da Ankarada 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü ilə əlaqədar Türkiyə Böyük Millət Məclisində keçirilən anım tədbirində deyib.
Türkiyə Prezidenti bildirib ki, 15 iyul ölkəmizin yaxın tarixindəki ən alçaq və əclaf xəyanət, dövlət çevrilişi cəhdi idi. Həmin gecə 40 illik xəyanət planını 20 saat ərzində dəf edə bildik. Türk xalqı 15 iyulda hər hansı topluluq yox, sözün əsl mənasında, millət olduğunu bütün dünyaya göstərdi.
“Xalqımız terrorçulara qarşı silahla yox, əlindəki bayrağı və imanı ilə dayandı. Dünyada belə güclü, imanlı millət yoxdur. Belə bir ölkənin vətəndaşı və bu xalqın fərdi olduğum üçün qürur duyuram", – deyə Türkiyə Prezidenti əlavə edib.