XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 July 2017 - 12:03

Türkiyədə mitinqlər iyulun 16-sı saat24:00-dək davam edəcək

İyulun 15-də Türkiyənin yüz minlərlə sakini dövlət çevrilişi cəhdinin ildönümünü ilə əlaqədar keçirilən mitinq və yürüşlərı qatılıb: 15 İyul Demokratiya və Milli Birlik Gününə həsr olunmuş tədbirlər ölkənin onlarla şəhərində keçirilir.

İstanbuldakı əsas anım mərasimi “15 İyul Şəhidləri” körpüsündə təşkil olunub. Burada, həmçinin qiyam qurbanlarının xatirə abidəsinin açılışı olub. Mitinqdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul gecəsi ən çox qanın bu körpüdə axıdıldığını deyib. Qeyd edib ki, Vətəninə və dövlətinə sahib çıxan millətin bu qəhrəmanlığı və şəhidlərin xatirəsi heç zaman unudulmayacaq. Xainlərin heç birinin cəzacız qalmayacağını vurğulayan Prezident məlumat verib ki, çevriliş cəhdi günündən indiyədək 134 min nəfər saxlanılıb, onların 50 min 400-ü həbs olunub, 8 min 500 nəfər isə axtarışdadır. Bu müddətdə FETÖ təşkilatı ilə bağlılığı təsdiqlənən 5 mindən çox qurum bağlanıb, onların əmlakları dövlət xəzinəsinə verilib.

“Demokratiya növbəsi” adlanan mitinq və yürüşlər iyulun 16-sı saat 24:00-dək davam edəcək(azərtac).