XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 December 2015 - 10:54

İŞİD ABŞ-dakı terror aksiyasının məsuliyyətini öz üzərinə götürüb

 

isid abs.jpg

ABŞ-ın Kaliforniya ştatının San-Bernardino şəhərində törədilən terrorun məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu haqda terrorçu qruplaşma açıqlama yayıb. “İŞİD-in iki tərəfdarı bir neçə gün öncə Kaliforniyanın San-Bernardino şəhərinin mərkəzinə basqın edib”, – açıqlamada vurğulanıb. Qeyd edək ki, Səid Rizvan Farukla həyat yoldaşı Taşfin Malik iki avtomat silah və tapança ilə dekabrın 3-də Kaliforniyanın San-Bernardino şəhərində 14 nəfəri qətlə yetirib, 21 nəfəri isə yaralayıb. Keçirilən əməliyyat nəticəsində ər və arvad hadisə yerində polis tərəfindən zərərsizləşdirilib. Məlumata görə, Taşfin Malik “facebook” səhifəsində terrorçu İŞİD qruplaşmasını dəstəklədiyini yazıbmış.