XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

16 İyul 2017 - 13:52

Yaponiyada daşqınlar nəticəsində həlak olanların sayı32 nəfərə çatıb

Yaponiyanın cənub-qərbində yerləşən Kyuşu adasında daşqınlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 32 nəfərə çatıb. Bu barədə NHK telekanalı məlumat yayıb.

Son məlumatlarda təbii fəalkətin baş verdiyi Fukuoka və Oiçi prefekturalarında 29 nəfərin həlak olduğu bildirilirdi. Daha 10 nəfəri isə hələ də tapmaq mümkün olmayıb. Özünümüdafiə qüvvələri, polis və yanğınsöndürmə dəstəsinin iki mindən çox əməkdaşı təbii fəlakət zonasında axtarışları davam etdirir.

Kyuşu adasında iyulun 5-dən başlanan leysan yağışlar çoxsaylı daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Evlər, avtomobil və dəmir yolları dağılıb(azərtac).