XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 July 2017 - 15:13

Trampın işdən çıxartdığı qalmqallı FTB direktoru kitab yazır –Rusiya ilə bağlı problemə aydınlıq gətirəcək

ABŞ Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komi öz həyatının və işinin ən çətin periodları barədə kitab yazacaq.

 Strateq.az bildirir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.

Komi bu həftə müxtəlif nəşriyyat evlərinin rəhbərləri ilə görüş keçirib.  Nəşriyyatlar kitaba böyük maraq sərgiləyiblər. Kitabın çap hüququnun hansı nəşriyyata veriləcəyi qarşıdakı həftələrdə bəlli olacaq.

Qeyd edək ki, bir neçə ay əvvvəl ABŞ prezidenti Tramp Komini vəzifəsindən azad edib. 10 il bu postda çalışan Kominin işdən çıxarılması böyük rezonans doğurub. FTB rəhbərinin Trampla bağlı Rusiya qalmaqalında adı keçir. Belə ki, Tramp ondan Rusiyanın seçkilərə müdaxilə cəhdi ilə bağlı itthamın araşdırılmasının dayandırmasını istəyib. Ötən ay Komi Senat qarşısında dindirilib və bu məsələ ilə bağlı gurultulu açıqlamalar verib.