XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

16 İyul 2017 - 17:22

Britaniyanın sabiq rəhbəri Bleyer:“Baş nazir Tereza Meyə yazığım gəlir...”

Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer hazırkı həmkarı Tereza Meyə ürəyi yandığını bəyan edib.

Strateq.az bildirir ki, bu barədə “Skay Nyus” məlumat yayıb. Bleyer deyib ki, baş nazirə yazığı gəlir və ürəyi yanır. Sabiq baş nazirin sözlərinə görə, Mey çıxılmaz duruma düşüb  və ətrafındakı adamlar onu süpürüb atmaq üçün məqam gözləyirlər.

Bleyer deyib ki, Mey “ürəyində xalqın maraqlarını daşıdığı üçün” düşdüyü halı təəssüf doğurur: “Mən başa düşürəm. O düşünür ki, “insanlar öz iradələrini ifadə ediblər. Mənim də işim bunu həyata keçirməkdir”. Amma mən daha cürətli liderlik görmək istərdim”,- deyə sabiq baş nazir bildirib.

Toni Bleyr Avropa İttifaqından çıxmağın əleyhdarlarındandır.

Baş nazir Mey etiraf edib ki, parlamentə keçirilimiş sonuncu seçkilərin nəticələrini görüncə ağlayıb.