XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 July 2017 - 19:59

İŞİD-in rəhbəri Əl Bağdadi sağdır –İraq kəşfiyyatının rəhbəri Moskvanı təkzib edən açıqlama verdi

El-Baqdadi-BBC.jpg

İŞİD terror qruplaşmasının rəhbəri Əbubəkr əl-Bağdadi sağdır və Suriya ərazisində gizlənir.

Strateq.az bildirir ki, bu barədə İraq Daxili İşlər Nazirliyinin kəşfiyyat və antiterror əməliyyatları xidmətinin rəhbəri Əbu Əli Bəsri bəyan edib. Xəbəri “Əl –Ərəbiyyə” telekanalı yayıb. O, Rusiyanın İŞİD rəhbərinin öldürülməsi ilə bağlı bir neçə gün əvvəl yaydığı xəbəri təkzib edib.

Bununla yanaşı Bəsri terrorçuların rəhbərinin konkret harada gizlənməsi barədə söz deməyə çəkinib. Yalnız bildirib ki, Bağdadi Raqqa ərazisində deyil. İraq kəşfiyyatı hazırda İŞİD rəhbərlərinin bütün hərəkətlərini izləməyə çalışır. “əl-Bağdadi hələ Suriya ərazisində gizlənir”.

O vurğulayıb ki, Bağdadinin ölümü barədə yayılan məlumat yalandır.