XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

16 İyul 2017 - 22:34

Trampın Rusiya qalmaqalı ona baha başa gəlir –3 ayda vəkillərə 677 min dollar verib

 

ABŞ prezidenti Trampın aprel-iyun ayları ərzində vəkillərə xərclədiyi pulun miqdarı 677 min dollar olub.

Strateq.az bildirir ki, bu barədə Politiko saytı federal seçki komissiyasının məlumatlarına əsasən yazıb. Bu puldan 50 min dolları 27 iyunda Trampın maraqlarını müdafiə edən nyu-yorklu vəkil Alan Futerfasın hesabına köçürülüb.

Bu pul “Nyu York Tayms” qəzetində Trampın oğlunun rus vəkillə görüşməsi barədə çıxan yazıdan dərhal sonra ayrılıb. Futerfas oğul Trampın maraqlarını qoruyacaq. Qəzetin məlumatına görə, Tramp prezidentliyinin 3 ayı ərzində vəkillərə ayırdığı xərclər 249 min dollar olub.

Belə məlum olur ki, Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı araşdırmaların genişlənməsi ilə Trampın hüquqi konsaltinqlə bağlı xərcləri də sürətlə artır.