Türkiyə səfiri İraq Xarici İşlər Nazirliyinə çağırılıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Bağdad türk ordusunu İraq ərazisinə hökumətin razılığı olmadan daxil olmaqda ittiham edib.
İraq Türkiyə tərəfinin addımlarını suverenliyinin pozulması kimi qiymətləndirib və Ankaranı qonşuluq münasibətlərinə hörmətlə yanaşmağa çağırıb.
Xatırladaq ki, Türk ordusunun komandanlığı Mosul (İŞİD-in nəzarətindədir) yaxınlığındakı Başiqa yaşayış məntəqəsinə 150 hərbçi göndərib.
Hərbçilər İŞİD əleyhinə savaşan güclərə təlim keçəcək.