XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Dekabr 2015 - 06:30

Rusiyalı professor: “Türkiyə haqlıdır”

 

Suriya sərhəddində yaşanan hadisələrə iki ölkənin beynəlxalq mövqeyi aspektindən nəzər salanda Türkiyənin haqlı olduğu ortaya çıxır. Rusiya öz torpaqları xaricində bir döyüşə müdaxilə edib, burada apardığı hərbi əməliyyatlar əsnasında bir başqa ölkənin hava sərhəddini pozub. Türkiyə dəfələrlə bu barədə xəbərdarlığını bildirmiş və hərbi protokola uyğun şəkildə öz hava sahəsini müdafiə edib. Bu ölkənin haqsız olduğunu heç kim iddia edə bilməz”.

Strateq.az xəbər verir ki, Moskva Dövlət Universitetinin Beynəlxalq Əlaqələr kafedrasının müəllimi, professor Andrey Zdrojevski belə deyib.

Dünyanın tanınmış alimlərindən olan Zdrojevskinin fikrincə, Rusiya-Türkiyə arasında son zamanlar çıxan gərginlik zamanı Ankara özünü kifayət qədər təmkinli aparıb: “Bu mövqe Türkiyəyə beynəlxalq arenada təqdir və haqlılıq qazandırıb. Hər iki ölkə təmkinlərini qoruya bilsə, qısa müddətdə ticari əlaqələr yenidən bərpa olunar və sanksiyalar bir müddət sonra sona çatar”.

Bununla belə, rus professor Rusiya ilə Türkiyə arasında gərginliyin hələ bir neçə il davam edəcəyindən ehtiyatlanır.

Qeyd edək ki, Rusiya ziyalılarının Türkiyəyə qahmar çıxan bu tipli çıxışları ilk deyil. Bundan əvvəl keçmiş SSRİ prezidenti Qarboçov və dünyanın məşhur şahmatçısı Kasparov da bənzər fikirlərlə rus millətçilərini şoka salmışdı.