XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2015 - 07:30

PKK-dan xain tələ – Polis və əsgərlər şəhid oldu

PKK terrorçularının hücumları nəticəsində Türkiyədə bir polis və iki əsgər şəhid olub.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbakırın Sur rayonunda terrorçuların məsciddən polis əməkdaşlarına açdıqları atəş nəticəsində polis zabiti şəhid olub.

Şırnak vilayətinin Cizrə rayonda isə terrorçuların hərbi maşına hücumu nəticəsində iki əsgər öldürülüb, 2 əsgər də yaralanıb. 

Bununla kifayətlənməyən terrorçular hərbi maşını od vuraraq yandırıbıar.

Diyarbakır valiliyi PKK-çıların öldürdüyü polis zabitinin 24 yaşlı Mustafa Katırlı olduğunu açıqlayıb. Bölgənin bəzi rayonlarında küçəyə çıxmaq qadağası qoyulub. Terrorçuların tapılması istiqamətində əməliyyat başladılıb.