XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

18 İyul 2017 - 11:25

Ruhaninin qardaşı azadlığa çıxdı –Hüseyn Feridun zaminə buraxıldı

Maliyyə cinayətkarlığında ittiham olunaraq həbs edilən İran Prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Feridun zaminə buraxılıb.

Bu barədə “Frans Press” İran mətbuatına istinadən informasiya yayıb.

Hüseyn Feridunun zaminə buraxılması üçün məhkəmə 500 milyard rial (13.3 milyon dollar) tələb edib. Sonradan bu məbləğ 8.3 milyon dollara qədər endirilib.

Xatırladaq ki, Hüseyn Feridun 2015-ci ildə İranın nüvə proqramı ilə bağlı danışıqlarda prezidentin xüsusi nümayəndəsi olaraq iştirak etmişdi/Axar.az.