XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 İyul 2017 - 12:28

ABŞ təyyarələrin salonunda noutbuk daşınması qadağasınıtam aradan qaldırıb

ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Administrasiyası iyulun 17-də “Saudi Arabian Airlines” aviakompaniyasının reyslərində əl baqajında elektron qurğuların daşınması qadağasını aradan qaldırıb.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının aviakompaniyası mart ayında tətbiq edilən məhdudiyyətlərin aradan qaldırıldığı Afrika və Yaxın Şərq ölkələrindən ABŞ-a uçuşlar həyata keçirən 9 aviadaşıyıcıdan sonuncusudur.

Qurumun məlumatına əsasən, yaxın zamanlarda amerikalı məmurlar Səudiyyə Ərəbistanının uçuşların təhlükəsizliyi barədə Vaşinqtonun tələblərini təmin etməsini yoxlamaq üçün bu ölkəyə səfər edəcəklər.

Xatırladaq ki, qadağa elektron vasitələrdən istifadə olunmaqla təyyarələrdə terror aktları törədilməsi təhlükəsinə əsasən dörd ay əvvəl tətbiq edilmişdi.

CNN telekanalı öz mənbələrinə istinadla təhlükənin Ərəbistan yarımadasında fəaliyyət göstərən “Əl-Qaidə” terror təşkilatından qaynaqlandığını bildirmişdi.