Venesuela lideri Nikolas Maduro hesab edir ki, müxalifətin keçirdiyi referendumun nəticələrinin hüquqi qüvvəsi yoxdur və icrası məcburi deyil.
Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, müxalifət və onun tərəfdarlarının 98 faizi Konstitusiya Assambleyasının çağırılmasının əleyhinə səs veriblər. Maduro seçkiləri iyulun 30-da keçirmək niyyətindədir.
Avropa İttifaqının nümayəndəsi Federiko Moqereni Venesuela prezidentinin mövqeyini tənqid edib. Maduro isə ona bu cavabı verib: “Aİ-nin xarici məsələlər üzrə nümayəndəsi Federiko Moqereni bizə ölkəni necə yaxşı idarə etmək barədə məsləhətlər verir. Venesuela müstəqil və suveren dövlətdir, biz heç kəsin daxili işlərimizə qarışmasına yol verməyəcəyik. Federiko Moqereni, sən öz işinlə məşğul olmursan. Venesuela sənin üçün Avropa İttifaqının müstəmləkəsi deyil”.
Hakimiyyətin bu reaksiyasını görən müxalifət öz növbəsində 24 saatlıq ümumi tətil keçirmək qərarına gəlib. Tətil iyulun 20-nə təyin olunub.