XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

18 İyul 2017 - 14:27

FİFA Şurasının böyük vitse-prezidenti korrupsiyaittihamı ilə həbs olunub

İspaniya Krallığının Futbol Federasiyasının (RFEF) prezidenti Anxel Mariya Vilyar korrupsiya ittihamı ilə həbs olunub. "Report"un "El Pais"ə istinadən verdiyi məlumata görə, İspaniya vətəndaş qvardiyasının bölmələri səhər saatlarında korrupsiya əleyhinə reyd həyata keçiriblər.

Bu reyd RFEF rəhbərliyinə də şamil edilib. Şübhəlilər arasında Vilyar və oğlu Qorka da var.

67 yaşlı funksioner RFEF rəhbəri seçkisində təşkilatın vəsaiti ilə regional federasiyaların rəhbərlərini satın almaqda şübhəli bilinir. Vilyar mayda yenidən seçildiyi quruma 29 ildir başçılıq edir. O, FİFA Şurasının böyük vitse-prezidenti kimi Mişel Platini azad olunduqdan sonra UEFA prezidenti səlahiyyətlərini icra edib.