XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

19 İyul 2017 - 10:04

Argentinada şaxtalar 7 adamınölümünə səbəb olub

“Diario 26” portalının yaydığı məlumata görə, Argentinada görünməmiş şaxtalı havalar yeddi adamın ölümü ilə nəticələnib.

Azərtac RİA Novosti saytına istinadla xəbər verir ki, ölənlərdən ikisi Neuken və Misyones əyalətlərində yaşayan qocalar olub. Beş nəfər isə şaxtadan deyil, evdə dəm qazından ölüb. Onlar Mar-del-Plata, Rafaela, Xunin-de-los-Andes, La-Plata və Kordoba şəhərlərinin sakinləri olub.

Güclü şaxtalar Argentinada ötən həftə başlayıb. San-Karlos-de-Bariloçe şəhərində havanın temperaturu -25,4° şaxta olub ki, bu da həmin yaşayış məntəqəsi üçün rekord göstərici sayılır.