XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

19 İyul 2017 - 16:47

Fransa benzinlə işləyən və dizel yanacaqlı avtomobillərinsatışına qadağa qoyacaq

ABŞ-ın “Paris İqlim Sazişi”ndən geri çəkiləcəyini açıqladığı zamanda Fransa böyük bir addım ataraq, 2040-cı ildə benzinlə işləyən və dizel yanacaqlı avtomobillərin satışını bütövlüklə qadağa qoyacağını bəyan edib.

Azərtac “telegraph.co.uk” saytına istinadla xəbər verir ki, Fransanın ekologiya naziri Nicolas Hulot növbəti beş il ərzində həyata keçirəcəkləri “İqlim planı”nı açıqlayıb. Nazir hədəfin ölkəni “yaşıl iqtisadiyyat” üzrə birinci etmək və 2050-ci ildə karbon qazının ətraf mühiti çirkləndirməsinə son vermək olduğunu bildirib. N.Hulot elektrik istehlakında kömür istifadəsini tamamən dayandıracaqlarını və enerji istehsalında sıxıntı olmamağı üçün təxmini 4 milyard avro investisiya xərcləyəcəklərini vurğulayıb. Öz enerji ehtiyaclarını istehsal etməyi planlayan hökumət 2022-ci ilə qədər ölkə ərazisində neft və qazın axtarışına son qoymaq istəyir.