XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

19 İyul 2017 - 17:00

Estoniya Avropa İttifaqı-Türkiyə dialoqunakömək etmək istəyir

Estoniya Avropa İttifaqı Şurasının sədri qismində Aİ ilə Türkiyə arasında dialoqun davam etdirilməsinə kömək etmək niyyətindədir. Bunu iyulun 18-də Ankarada səfərdə olmuş Estoniyanın xarici işlər naziri Sven Mikser bəyan edib.

“Baltic News Service” agentliyi Estoniya nazirinin bu sözlərini sitat gətirib: “Biz Avropa İttifaqı və onunla miqrasiya sazişi, iqtisadiyyat, terrorizmə qarşı birgə mübarizə, gömrük ittifaqı kimi bir sıra ümumi maraqları olan Türkiyə arasında açıq dialoqu dəstəkləyirik. Aİ ilə Türkiyə arasında güclü əməkdaşlıq ümumi problemlərin həllinə lazımdır”.

S.Mikser eyni zamanda vurğulayıb ki, Aİ-nin genişlənmə siyasəti dörd meyara əsaslanır və Aİ bütün namizədlərdən, o cümlədən Türkiyədən demokratiyanın və hüquqi dövlətin inkişafı məsələlərində Avropa standartlarına əməl olunmasını gözləyir”.

Miqrasiya məsələsinin həllinə Türkiyənin töhfəsini yüksək qiymətləndirən nazir əmin edib ki, Aİ-nin sədri kimi Estoniya üçün miqrasiya məsələsi də prioritetdir.

S.Mikser ötən il Türkiyədə dövlət çevrilişinə cəhd zamanı həlak olanların və zərərçəkənlərin doğmalarına və yaxınlarına Estoniya adından başsağlığı verib.

Nazir səfər çərçivəsində Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman ilə görüşüb(azərtac).