XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

19 İyul 2017 - 17:46

Rusiya mənzil bazarındaucuzlaşma

Rusiyada təkrar mənzil bazarında qiymətlər 2017-ci ilin ilk yarısının sonunda ötən ilin analoji dövrü ilə müqayisədə 2,8% azalaraq 61 min rubl/kv.metrdən (1 034 ABŞ dolları) 59 min rubl/kv.metrə (1000 dollar) enib. 

"Report" "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, bu məlumat "Domofond.ru" araşdırma saytı tərəfindən verilib.

Moskva şəhərində mənzillərin qiyməti (kv.m) illik müqayisədə 5,2% azalaraq iyulun 1-nə 210 min rubldan (3 560 dollar) 199 min rubla (3 373 dollar) düşüb. Yeni tikili panel evləri dövr ərzində 14%, köhnə panel evlər isə 17% ucuzlaşıb.

Rusiya Tikinti Nazirliyi ölkənin inşaat sektorunun canlanmağa başladığını bildirib. Nazirlikdən verilən məlumata görə, ipoteka kreditləri üzrə faiz dərəcəsinin subsidiyalaşması proqramı ilkin mənzil bazarını daha cəlbedici edəcək: "2017-ci ilin əvvəlindən ipoteka faizlərinin azalmağa başlaması vətəndaşlar üçün mənzil alışını asanlaşdıracaq".