XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

19 İyul 2017 - 19:09

ABŞ-dan İrana yenisanksiya zərbəsi

ABŞ İrana qarşı sanksiyaları genişləndirib.

Buna səbəb kimi İranın ballistik raketlər proqramı və digər qanunsuz fəaliyyətləri göstərilir.

"Qara siyahı"ya yeni fiziki və hüquqi şəxslər əlavə edilib. Onlardan 16-sı İranın qanunsuz addımlarına və transmilli cinayətlərinə dəstək verməkdə ittiham olunur.

Daha iki nəfər isə ballistik raketlərin hazırlanması proqramında iştiraka görə sanksiyaya məruz qalıb. 

Birləşmiş Ştatlar İrana növbəti dəfə müraciət edərək casusluqda ittiham olunaraq həbs edilən amerikalıları azad etməyə çağırıb.

İran dərhal ABŞ-ın sanksiya qərarını pisləyib və cavabsız qoymayacağını bəyan edib. 

İran XİN-dən bildiriblər ki, Tehran Amerika xalqına və müəssisələrinə qarşı yeni sanksiyalar tətbiq edəcək(azadliq.info).