Yaponiyada iyulun 10-dan sonra başlayan həftə ərzində altı nəfər günvurmadan həlak olub, 7680 nəfər isə xəstəxanalara yerləşdirilib. Bu barədə Milli Yanğınsöndürmə İdarəsi məlumat yayıb.
Bu, bir həftə əvvəl elan olunan göstəricini 1,8 dəfə üstələyir.
Zərərçəkənlərin təqribən yarısı (49,5 faiz) 65 yaşdan yuxarı olan insanlardır.
Ötən həftə ölkə ərazisinin böyük bir hissəsində termometrlərin civə sütunu müsbət 35 dərəcədən yuxarı qalxıb. Növbəti həftə ərzində də isti havaların davam edəcəyi bildirilir(azərtac).