XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 İyul 2017 - 20:24

Ukraynada əhaliyə verilən təbii qazın qiyməti19 faizə yaxın artır

Ukraynada əhaliyə verilən təbii qazın qiymətinin oktyabrın 1-dən 19 faizə yaxın artacağı gözlənilir.

Azərtac-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə “Naftoqaz Ukrayna” maliyyə planını ölkənin Nazirlər Kabinetinə təqdim edib. Nazirlər Kabinetinin növbəti iclasında bu məsələyə baxılacaq.

Əgər “Naftoqaz Ukrayna”nın maliyyə planı təsdiqlənsə, əhaliyə verilən təbii qazın qiyməti min kubmetrə görə, 5873 qriven (203 ABŞ dolları) təşkil edəcək. Bu da mövcud qiymətdən təxminən 19 faiz (min kubmetrə görə təxminən 1000 qriven-34 ABŞ dolları) artıq deməkdir.

Hazırda əhaliyə verilən təbii qazın qiyməti min kubmetrə görə 4942 qriven (170 ABŞ dolları) təşkil edir.