XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

19 İyul 2017 - 21:24

Filippin prezidentinin beş mühafizəçisi silahlılarla toqquşmadaxəsarət alıb

Filippin prezidenti Rodriqo Dutertenin beş mühafizəçisi ölkədə fəaliyyət göstərən qanunsuz silahlı birləşmənin üzvləri ilə atışmada xəsarət alıb.

"Report" CNN televiziyasına istinadən xəbər verir ki, hadisə Mindanao adasında Kotabato əyalətində baş verib.

President mühafizəsinin 10 nümayəndəsi olan iki avtomobil nəzarət-buraxılış məntəqələrinin birində əsgər paltarı geymiş 50 yaraqlı tərəfindən saxlanılıb.

Mühafizəçilər silahlı adamların hərbçi olmadıqlarını anlayandan sonra onlara atəş açıblar. Yaraqlıları hökumət qoşunları təqib edir.

Məlumata görə, hücum zamanı ölkə prezidenti regionda olmayıb.