XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

19 İyul 2017 - 21:11

Trampla Putin ikinсi dəfəniyə görüşüblər?

Prezidentlər Donald Tramp və Vladimir Putin Hamburqda G-20 sammiti çərçivəsində bir yox, iki görüş keçiribmiş.

Bu barədə “Reuters” agentliyi Ağ Evə istinadən məlumat yayıb.

Prezidentlərin ikinci görüşü barədə buna qədər məlumat verilməmişdi.

Tramp və Putin G20 liderləri üçün təşkil edilən şam yeməyində növbəti dəfə müzakirə aparıblar.

Ağ Ev bunun ayrıca görüş olmadığını, tərəflərin 1 saata yaxın müzakirə apardığını bildirib.

“The Washington Post” yazır ki, şam yeməyi zamanı Tramp yerini dəyişərək Putinin yanında əyləşib. Və bir saata yaxın davam edən söhbət zamanı onların yanında yalnız Putinin tərcüməçisi olub.

“Eurasia Group” beynəlxalq konsaltinq firmasının rəhbəri İen Bremmer “Bloomberg”ə bildirib ki, Hamburqda iki saatlıq rəsmi görüşdən sonra ABŞ və Rusiya liderlərinin bir saata yaxın davam edən daha bir görüşü olub. Və bu haqda heç kimin xəbəri olmayıb.

Tramp bunun həqiqətə uyğun olmadığını, G20 liderləri və onların xanımlarının dəvət edildiyi şam yeməyi haqda jurnalistlərin məlumatlı olduğunu bildirib(azadliq.info).