XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 08:11

Ən böyük qorxusu zəhərlənməkdir – Putinin gizli həyatı

Təyyarə insidentindən sonra dünya mətbuatında adı ən çox çəkilən lider Rusiya prezidenti Vladimir Putindir.  Türkiyənin “Hürriyet” qəzeti barəsində bu qədər danışılan Kreml rəhbərinin çoxlarının xəbərdar olmadığı yönlərini ictimailəşdirib.

“Həyatının ilk 35 ilində heç bir uğuru olmayıb”

“17 maddədə Putinin gizli həyatı” adlı məqalə Putinin son 15 ildə Rusiya rəhbərliyində olması, onun ölkəsini necə idarə etməsinin təsviri ilə başlayır: “Vladimir Putinin ölkəsini necə idarə etdiyini bilirik. 2000-ci ildə Rusiya rəhbərliyinə gələn Putin 15 ildir iqtidardadır. Rəhbərliyi dövründə müxalifət və media daim basqı altında olub. Idmanla məşğul olması və bu yöndəki bacarıqları ilə hər zaman gündəmdə qalıb. Amma həyatını gözlərdən uzaq necə yaşadığını bilmirik. Bir istisna var. İngilis yazar Ben Cudah dəfələrlə Rusiyaya səfər edib. Putinin yaxınları ilə görüşüb. Sonra da – 2014-cü ildə “Fragile Empire. How Russia Fell In and Out of Love with Vladimir Putin” (Kövrək imperiya: Rusiya Putinə necə aşiq oldu və ondan necə soyudu) kitabını çap etdirib. Kitabda Rusiya liderinin pərdə arxasında qalan həyatına dair bu günə qədər eşidilməyən bilgilər yer alıb. Kitabın bəzi yerlərində ittihamlar olduqca sərtdir: Məsələn, müəllif yazır ki, Putin çox içib kökəldiyi Drezdendə ikinci dərəcəli KQB casusundan başqa bir şey deyildi. Həyatının ilk 35 ilini sıfır uğurla başa vurub.

Dönüş nöqtəsi

Kitabda yazıldığına görə, həmin vaxtlar Putin insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirdi. Nə işi, nə də şəxsi həyatı yolunda gedirdi. Bir dəfə evlililiyin bir addımlığından dönüb. KQB-də də onu parlaq bir gələcək gözləmirdi. Sovet Ittifaqı çökdü. Drezdendə xidmətdə olan gənc casus Putin də çökən sistemdən ümidini üzdü. Təlatümlü günlərdə başına gələn bir olay həyatına və seçimlərinə yön verəcəkdi. Antikommunist bir dəstə KQB ofisinin qarşısında aksiya keçirərkən Putin Moskvadan nə etməli olduğunu xəbər aldı və cavab ala bilmədi. özü həmin anı belə xatırlayır: “Mənə dedilər ki, Moskvadan göstəriş gəlməsə, heç nə edə bilməyəcəyik. Moskvadan da səs yox idi. Moskva səssiz qalıb dediklərində ölkənin əldən getdiyini anlamışdım. ölkə müalicəsi olmayan bir xəstəliyə tutulmuşdu”.

Yol göstərəni kimdir?

Putin bu gün gəlib çıxdığı yeri Anatoli Sobçak adlı hüquq professoruna borcludur. Sobçak Sankt-Peterburqda Putinin müəllimi olub. Sovet İttifaqı dağılandan sonra onu universitetə çağırdı. Sonra Sankt-Peterburqda bələdiyyə sədri olanda onu yenə yanına apardı. Həyatı boyu Putinə yol göstərdi.

Qərarlarını üzərkən verir

Səhər yeməyindən sonra gördüyü ilk iş idmanla məşğul olmaqdır. Yaxınlarının dediyinə görə, Putin Rusiyanın gələcəyi haqqında ən çox üzərkən düşünür. Hovuzdan çıxandan sonra məşq salonuna gedir. Xobbisi ağırlıq qaldırmaqdır.
Xəbər kanallarına baxaraq gündəmi izləyir. Görüşmək üçün gələn nazirlər, məmurlar qapısında ən azı 2-3 saat növbə gözləyirlər.

Buz üstündə buz adam….

Putinin ən çox sevdiyi məşğuliyyətlərdən biri də buzüstü xokkeydir. Rusiyanın gücləri, oliqarxları, zənginləri – hamısını orada görə bilərsiz. Əslən Sankt-Peterburqdan olanlar, köhnə dostları, ən etibar etdiyi adamlar tribunada olurlar. Bunlar Arkadi və Boris Rotenberq, Gennadi Tiçenko kimi iş adamlarıdır. Bunlar Putinin hələ bələdiyyə sədrinin müaviniykən birlikdə yeyib-içdikləri dostlarıdır. Vaxtilə Putini “şef” deyə çağıran yaxın dostlar ona indi də “çar” deyirlər. Oyunçular da mühafizəçilər olur. Bir tərəfdə Putinin, o biri tərəfdə də Dmitri Medvedyevin mühafizəçiləri. Bəzən Medvedyev özü də oyuna qatılır.

Hər gün 3 qovluq…

Putinin iş otağında ağır bir masa var. Masanın üzərində nə bir kompüter var, nə də bir ekran. Günortadan sonra müşavirlər masanın ətrafına toplanıb Putini məlumatlandırırlar. Bu toplantı əsnasında müasir texnologiyalar yox, sovet Rusiyasından miras qalan köhnə metodlar istifadə olunur. Yəni sabit telefonlar və böyük qırmızı qovluqlar… Putinin hər gün xüsusi diqqət ayırdığı 3 fərqli qovluq var. Birincisi, Rusiya Federal Təhqiqat Xidmətinin hazırladığı və ölkənin daxili işlərinə aiddir. Ikincisi, xarici kəşfiyyata aiddir. üçüncüsü də, Putinin yaxın çevrəsi tərəfindən hazırlanan və ayrı-ayrı şəxslər haqqında məlumatları əks etdirən qovluqdur.

Ən böyük qorxusu

Putin xarici ölkəyə səfər edəndə bir otelin 200 otağı tutulur. Və oteli az qala, Kremlə çevirirlər. Xüsusi xidmət orqanları əməkdaşları orada bir ay əvvəldən araşdırma aparırlar. Yataq dəstləri və hamam ləvazimatları Rusiyadan xüsusi olaraq möhürlü şəkildə gətirilir. Otağa ancaq Putin girə bilir. Səfərlər zamanı heyətdə rus aşpazlar, ofisiantlar, təmizlik personalı da yer alır. Ən böyük qorxusu zəhərlənməkdir. Ona görə də heç kim Putinə onun xəbəri olmayan bir qida verə bilməz.

Moskvadakı tıxaca və tıxacda vaxt itirməyə dözümü yoxdur. Bəlkə də Sankt-Peterburqdan gəldiyi üçün paytaxtla o qədər arası yoxdur. Işini evdən görür. Şəhərin qərbində Novo-Oqaryovodakı bir villanı daimi iqamətgahına çevirib. ölkəni də buradan idarə edir.

Bildirçin yumurtası və ağ pendir

Putin işə səhər tezdən başlayan dövlət adamlarından deyil. Gec oyanır. Günəş çıxandan sonra sadə səhər yeməyinə başlayır. Ən sevdiyi də bildirçin yumurtasıdır və ağ pendirdir. Hər şeyin çox təzə olması əsas şərtidir. Bütün yedikləri Rusiyanın kəndlərindən gəlir.

Putinin “rutin”i

Sabit, əvvəldən bəlli olan iş proqramı yoxdur. Müşavirləri hər an hazır olmalıdılar. Putin internetdəki bilgilərə çox güvənmədiyi üçün onun üçün hər şeyi köhnə üsulla “dosya”layırlar. Hava soyuyanda işləməyi xoşlayır. Deyilənlərə görə, zehni o vaxt daha yaxşı açılır. Müşav
irləri də bu rejimə uyğunlaşmalıdırlar.
Müşavirlərinin ona göstərdiyi gülməli videolar… Deyilənlərə görə, onu ələ salan komik videoları maraqla izləyir.
Jurnalistlərlə əlaqəsi çətindir. Bəzən kobud olur, bəzən də açıq şəkildə məsxərəyə qoyur. Ondan müsahibə götürən jurnalistin sualını mənasız sayıb üzünə güldüyü vaxtlar da olur.
Görüş müddəti 15 dəqiqədir. Qrafiki sıxdır. Bəzi adamlara bir il sonraya görüş verir.

7 gün iş başında

Bazar ertəsindən bazara qədər iş başında olur. Stalindən sonra ən çox çalışan lider olduğu deyilir. Başqa bir özəllyi də ən çox səyahət etmiş dövlət başçısı olmasıdır.
Ən yaxını Koni adlı qara Labrador itidir. Putinə üsyan edən, səsini yüksəldən yeganə canlı odur.

Nə oxuyur?

Kitablarla arası yoxdur. Deyilənə görə, prezidentliyi dövründə iki roman oxuyub. Bunlardan biri amerikalı bir tarixiçinin 2054-cü ilə aid əsəridir. Tarixçi “üçüncü imperatorluq” adlı əsərdə bütün Rusiyanı bir araya gətirən çar ikinci Vladimirin həyatından danışır. Pyotrun həyatına böyük marağı var.
Həyat yoldaşı Lyudmiladan boşanıb. 30 yaşlı Mariya, 29 yaşlı Yekatirina adlı 2 qızı var(azadliq.info).