Suriya ordusunun İŞİD-in "paytaxtı" Raqqa şəhərinə hücumu nəticəsində 40-dan çox neft qülləsi terrorçulardan alınıb. Həmin qüllələrin hamısı geri çəkilən "İslam Dövləti" döyüşçüləri tərəfindən dağıdılıb.
"Report" xəbər verir ki, bu barədə Raqqadakı neft mədənlərinin bərpasına görə məsul olan mühəndis-neftçi Əli İbrahim deyib.
Onun sözlərinə görə, ərazilər minalardan təmizləndikdən sonra mədənlərin bərpasına başlanacaq.