XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

20 İyul 2017 - 11:32

ABŞ-ın Ali Məhkəməsi qaçqınların qəbulunu müvəqqəti dayandırıb –Trampın müvəqqəti qələbəsi

ABŞ-ın Ali Məhkəməsi Birləşmiş Ştatların qaçqınları qəbul etməsini apellayasiya məhkəməsinin qərarına qədər müvəqqəti olaraq dayandırıb.

Ali Məhkəmə çərşənbə axşamı günü qəbul edilmiş qərarla Tramp administrasiyasının altı müsəlman ölkəsindən səfərlərə qadağa çərçivəsində qaçqınların qəbulunun dayandırılması haqda müraciətini təmin edib.

Lakin bu, administrasiyanın qismən və müvəqqəti olaraq əldə etdiyi qələbədir.

Hakimlər keçən həftə aşağı instansiya məhkəməsinin qohumluq əlaqələri ilə bağlı siyahının genişləndirilməsinə dair qərarını qüvvədə saxlayıb. Bu qohumlar siyahısına artıq babalar və nənələr də daxildir. İran, İraq, Liviya, Smali, Sudan, Suriya və Yəməndən gələn vətəndaşlar ABŞ-da yaxın qohumluq əlaqələri olduğunu sübut edə bildikləri halda, ölkəyə daxil ola bilərlər.

Bundan əlavə, Havay adalarının hakimi Derrik Vatson bildirib ki, qaçqınlar yerləşdirilmək haqda müvafiq təşkilatlardan qarantiya təqdim etdikləri halda da ölkəyə buraxıla bilər. Hakimlər bu qərarın icrasını San Fransiskoda 9-cu apellayasiya məhkəməsinin nəzərdən keçirməsinə qədər saxlayıb.

ABŞ Dövlət Departamenti qaçqınlarla işləyən könüllü agentliklərin səfərlərin təşkili ilə bağlı işlərini bərpa etməsinə icazə verib. (Amerikanın səsi)