XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

20 İyul 2017 - 16:04

Dünyada terror aktlarının sayı azalır –ABŞ Dövlət Departamentinin hesabatı

2016-cı ildə “İraq İslam Dövləti”nin silahlıları tərəfindən törədilən terror aktlarının sayı çoxalsa da, dünyada terror aktlarının ümumi sayı, habelə terror hücumları qurbanlarının sayı azalıb.

Almaniya KİV-lərinin yaydığı xəbərə görə, bu barədə məlumat ABŞ Dövlət Departamentinin bu gün Vaşinqtonda açıqladığı “Terrorizm haqqında illik hesabatı”nda yer alıb. Sənəddə göstərilir ki, keçən il dünyada terror aktlarının sayı 9 faiz (11072-dək), terror hücumları nəticəsində ölənlərin sayı isə 13 faiz (25621-dək) azalıb.

Məruzənin müəllifləri bunu ilk növbədə Əfqanıstan, Suriya, Nigeriya, Pakistan və Yəməndə terror aktlarının sayının azalması ilə izah edirlər. Eyni zamanda, Konqo Demokratik Respublikası, İraq, Somali, Cənubi Sudan və Türkiyədə (PKK terror təşkilatı tərəfindən) terror hücumlarının sayı çoxalıb.

Əfqanıstan ərazisində terror aktlarının sayı azalsa da (1340 hücum), ölkə bu göstəriciyə görə İraqdan sonra ikinci yerdədir. İraqda 2965 terror aktı törədilib. İlk beşliyə, həmçinin Hindistan, Pakistan və Filippin daxildir.