XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

21 İyul 2017 - 10:14

BMT İŞİD-lə əlaqəsi olan bir qrup qafqazlı şəxsə qarşı sanksiya qərarı qəbul edib –QƏTNAMƏ

 

BMT Təhlükəsizlik Şurası Qafqaz regionundan olan bir qrup silahlını sanksiya siyahısına əlavə edib. 

“RİA Novosti”nin  verdiyi xəbərə görə, sanksiya siyahısına İŞİD və “Əl Qaidə” terror qruplaşmaları ilə əlaqəli 8 şəxs və təşkilat əlavə edilib.  2368 saylı qətnamə yekdilliklə qəbul olunub.

Məlumata görə, sanksiya siyahısına Məhəmməd Tamtomo, Selseta əl Tabab, Ceyş əl Valid, Malik Ruslaniviç Barxanoyev, Murad İrakliyeviç Marqoşvili, Oman Roxman, Jum əl Əqsa və Suriyada fəaliyyət göstərən “Hənifə” valyuta mübadilə məntəqəsi daxil edilib.  

 Qeyd olunan şəxslərin milliyyəti açıqlanmır.