XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 12:33

London metrosuna hücum edən terrorçunun kimliyi bəlli oldu

London metrosuna hücum edən terrorçunun kimliyi məlum olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu, 29 yaşlı Muxaiddin Mir adlı şəxsdir. London məhkəməsinin qərarından sonra onun bu əməlinə görə hansı cəzanı alacağı bəlli olacaq.

Xatırladaq ki, terrorçu dünən Londonun «Leytonstoun» stansiyasında «Suriya üçün» qışqıraraq insanlara hücum etmişdi.

Silahlı insident zamanı bir nəfərin ağır, bir nəfərin də yüngül bıçaq zərbəsi aldığı bildirilir.