XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2017 - 18:05

DİN-in 14 əməkdaşı kök olduğu üçün işdən azad edildi –Tacikistanda

Tacikistan DİN-dən 3 əməkdaş ikili vətəndaşlığı olduğu üçün, 14 nəfər isə artıq çəkiyə görə işdən azad edilib.

Trend-in məlumatına görə, ölkə qanunvericiliyinə uyğun olaraq ikili vətəndaşlığı olan şəxslər hüquq-mühafzə orqanlarında, güc strukturlarında, bəzi dövlət qulluğunda çalışa bilməz.

Tacikistan DİN-dən verilən məlumata görə, həmin şəxslər Tacikistan vətəndaşı olmaqla yanaşı, Rusiya vətəndaşları da olublar. Artıq çəkiyə görə DİN-dən azad edilən əməkdaşlarla yanaşı, 21 milis işçisi də işdən azad edilib.

Məlumatda qeyd olunur ki, artıq çəkiyə görə hüquq-mühafizə orqanlarından azad edilən işçilər müvafiq çəkiyə uyğun arıqlasalar, yenidən işə bərpa olunacaqlar. Tacikistanda milis işçiləri üçün boy və çəki standartları belədir: 168-170 sm və 75 kiloqrama qədər.