“Türkiyə qısa zaman ərzində İraq torpaqlarından çıxmasa, Rusiyadan hərbi müdaxilə etməsini istəyə bilərik”.
Strateq.az xəbər verir ki, məhəllə uşaqlarının bir-birini böyük qardaşla qorxutmasına bənzəyən bu təhdid İraq parlamentinin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Hakim əl-Zamili tərəfindən irəli sürülüb.
Hakim əl-Zamili Türkiyənin Şimali İraqa əsgəri birliklərini göndərməsini işğal olaraq qiymətləndirib və Ankaranı İraqın torpaq bütünlüyünə sayqı göstərməyə çağırıb.