“Sosial şəbəkələrdə heç bir profilim yoxdur, orada qeydiyyatdan keçməmişəm”.
Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Putin Soçidə məktəblilərlə canlı görüşü zamanı verilən sualı cavalandırarkən deyib. Prezident etiraf edib ki, internetdə heç bir səhifəsi mövcud deyil: “Ağır iş günü elə gec qurtarır ki, mənim daha “İnstagram”lıq halım olmur. Yalnız düşünürəm ki, tez yatağa girib yatım. Odur ki, mən etiraf edim ki, fiziki olaraq şəbəkələrdən istifadə etmirəm”.
Putin deyib ki, sosial şəbəkələrdə onun adı ilə çoxlu sayda səhiflərin mövcudluğundan xəbərdardır: “Hardasa 5 minə qədər adımla olan səhifə var. Mənim adımdan orda nə yazırlar, xəbərim yoxdur. Ümid edirəm pis şey yazmırlar” – deyə prezident əlavə edib.