XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

21 İyul 2017 - 22:42

Lukaşenkonun Ukrayna səfərində ikinci kuryoz:Sərhəd xidmətinin rəhbəri prezidentlərin qarşısında huşunu itirdi +VİDEO

Ukraynada rəsmi səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko gün ərzində daha bir kuryoz hadisə ilə üzləşib.

Strateq.az UNİAN-a istinadən bildirir ki, Lukaşenko çıxış edən zaman zalda bir nəfərin halı pisləşib. Məlum olub ki, bu, Ukrayna sərhəd xidmətinin rəhbəri Viktor Nazarenkodur. Prezident Poroşenko da yaxınlaşaraq ona kömək etməyə çalışıb. Nazarenko zaldan həkimin müşayiəti ilə çıxarılıb. Hazırda onun səhhətinin qənaətbəxş olduğu bildirilir.

Bundan əvvəl isə Lukaşenko çıxış edərkən, naməlum qadın yarımçılpaq halda qəfildən zalda qışqıraraq, etiraz etməyə başlayıb.