XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 13:53

Rusiyadan raket təxribatı – Rus səfir təcili Türkiyə XİN-ə çağırıldı

Rusiyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Bosfor boğazından keçən «Sezar Kunikov» adlı rus hərbi gəmisindəki əsgərin təxribat xarakterli hərəkətidir. 

Belə ki, gəmi Türkiyə ərazisindən keçərkən göyərtədəki rus əsgərlərdən birinin çiyinində raket olduğu görülüb. Türkiyə xarici işlər naziri Mövlud çavuşoğlu bunu təxribat adlandıraraq, Moskvanı bu addımlara son qoymağa çağırıb.

Rus səfirdən baş verənlərlə bağlı izahat tələb edən Türkiyə XİN bu tip insidentin bir daha təkrarlanmaması ilə bağlı ciddi xəbərdarlıq edib.