XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 İyul 2017 - 10:22

Almaniya Türkiyə ilə hərbi əməkdaşlığı adi rejimdədavam etdirir

Almaniya Türkiyə ilə hərbi əməkdaşlığı adi rejimdə davam etdirir.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Almaniyanın Müdafiə Naziri Ursula fon der Lyayen Almaniyanın DPA agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyədə olan Almaniya hərbçiləri ilə hər şey qaydasındadır: "Bu, həm Egey dənizində qaçaqmalçılıqla mübarizədə iştirak edən hərbçilərə, həm "İncirlik" hərbi bazasını tərk edəcək və eləcə də, Konya vilayətindəki NATO bazasında olan 9 hərbçiyə aiddir".