XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2017 - 12:19

Pentaqon rəhbəri:"İŞİD lideri Əl-Bağdadi sağdır"

Pentaqon rəhbəri Ceyms Mettis bildirib ki, İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi çox güman sağdır.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Düşünürəm ki, o sağdır, onu öldürdüyümüzü bildiyim zaman başqa cür düşünəcəyəm. Amma, hələlik biz onu axtarırıq. Güman edirəm ki, o sağdır", – deyə C.Mettis bildirib.

Rusiyanın Müdafiə Nazirliyi iyunun 16-da Əl-Bağdadinin çox güman ki, öldürüldüyünü bəyan edib. Lakin idarədən bildirilib ki, bu məlumatlar müxtəlif kanallar vasitəsilə hələ yoxlanılır.