XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

22 İyul 2017 - 12:24

Tramp İranı xəbərdar edib- Amerikalıların "qanunsuz" saxlanılmasının nəticələri barədə

ABŞ prezidenti Donald Tramp və onun administrasiyası başqa ölkələrdə "qanunsuz" saxlanılmış amerikalıların geri qaytarılması üzrə səylərini artırır.

"Report" xəbər verir ki, bu barədə Ağ evin məlumatında deyilir.

"Prezident Tramp ədalətsiz olaraq saxlanılmış bütün Amerika vətəndaşları azad edilərək geri qaytarılmayacağı təqdirdə, İran üçün yeni və ciddi nəticələri təmin etməyə hazırdır", — deyə bəyanatda bildirilir.

Ağ evin bildirdiyinə görə, İran 40 ildir saxlanılma və girov götürməni dövlət siyasətində alət kimi istifadə edir.
"Bu yaxınlarda Siyue Van (ABŞ vətəndaşı. — Report) 10 il müddətinə azadlıqdan məhrum edilib. İran həbsdə olan bütün ABŞ vətəndaşlarının qayğısına qalmaq və onların normal şəraitlə təmin edilməsinə görə cavabdehdir.

Tramp İranı on ildən artıqdır həbsdə saxlanılan Robert Levinsonu ABŞ-a qaytarmağa çağırıb, həmçinin Obama administrasiyası dövründə ələ keçirilən Siamaka və Baker Namazi və qanunsuz olaraq İranda həbsə atılan digər amerikalıların azad olunmasını tələb edir", — deyə bəyanatda qeyd olunub.