XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

22 İyul 2017 - 13:47

Sara Sanders rəsmən Ağ evinmətbuat katibi olub

Ağ evin məlumatına əsasən, Sara Sanders rəsmən ABŞ administrasiyasının mətbuat xidmətinin rəhbəri olub.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bundan əvvəl Sanders mətbuat xidmətinin istefa verən başçısı Şon Spayserin müavini vəzifəsini tuturdu.

Spayserin istefasını şərh edən “New York Times” qəzeti onun belə bir addım atmasına Prezident Donald Trampın maliyyəçi Entoni Skaramuççini Ağ ev aparatının kommunikasiya direktoru təyin etməsinin səbəb olduğunu iddia edir.

Qeyd edək ki, ABŞ administrasiyasının bütün kütləvi informasiya-təbliğat siyasətini Ağ ev aparatının kommunikasiya direktoru kurasiya edir. Bu ilin mayınadək həmin postu əvvəllər Respublikaçılar Partiyasının nümayəndələrinə məsləhətlər və siyasi reklamlar sahəsində xidmətlər göstərən Crossroads Media kompaniyasına rəhbərlik etmiş Maykl Dubke tuturdu.