XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

22 İyul 2017 - 16:57

Nüfuzlu banklar Avropadakı mərkəziofislərini Londondan çıxarır

Dünyanın daha bir nüfuzlu bankı Avropadakı baş ofisini Londondan çıxarır.

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, ABŞ-ın "Bank of America" (BofA) bankı baş ofisini İrlandiyanın paytaxtı Dublinə köçürəcəyini bildirib. Dublinə Bankın İnvestisiya bankçılığı Departamenti köçəcək. Bu barədə Bankın baş icraçı direktoru Brayan Moynihan (Brian Moynihan) açıqlama yayıb. O, Dublinə neçə işçinin gedəcəyini bildirməyib. Qeyd edək ki, hazırda "BofA"-nın London ofisində 4 500, Dublin ofisində 700 işçi çalışır.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ-ın digər nüfuzlu bankı olan "Morgan Stanley" Avropa üzrə baş ofisini Londondan Frankfurta köçürəcəyi barədə xəbər yayıb. "Bloomberg" agentliyinin məlumatına görə, ilkin mərhələdə Bankın broker biznesinin köçürülməsi nəzərdə tutulub.

"Ernst & Young" konsaltinq şirkətinin hesabatında bildirilir ki, bir çox bank baş ofisini məhz Dublinə köçürmək istəyir. "Ernst & Young" əməkdaşlıq etdiyi 222 şirkətdən 59-nun artıq Avropa İttifaqında ofis açmaq və ya işçiləri mövcud ofislərə köçürmək istədiyini bildirib.