XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2017 - 18:23

Almaniyada gəmidə işləyən azərbaycanlı mühəndis10 000 avro məbləğində cərimələnib

Almaniyanın Bremen şəhərində Su Mühafizəsi Polisi Panama bayrağı altında üzən yük gəmisinin azərbaycanlı mühəndisini 10 000 avro məbləğində cərimələyib.

"Report" "Bremerhafen Zeit" qəzetinə istinadən xəbər verir ki, buna səbəb gəmidə neft tullantıların aşkar edilməsi olub.

Su Mühafizəsi Polisinin nümayəndəsi bildirib ki, həmin tullantılar limanda dayanan gəmidən suya axıdıla və ətraf mühiti çirkləndirə bilərdi. Hadisə ilə bağlı cinayət işi açılıb.