XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 18:56

“Sanksiyaların təsiri hiss edilmir” –Rusiyalı nazir

Beynəlxalq sanksiyaların Rusiya iqtisadiyyatına təsiri sıfır səviyyəsinə yaxınlaşıb.

Bu barədə ölkənin İqtisadi İnkişaf naziri Aleksey Ulyukayev “Rossiya24” telekanalına müsahibəsində bildirib.

Nazir əmindir ki, Rusiya iqtisadiyyatı artıq yeni şərtlərə uyğunlaşıb: “Ona görə də sanksiyaların təsiri hiss edilmir. Bəli, qısa müddətə – bir neçə ay çox problemli oldu, ancaq daha uzaq dövr üçün sanksiyalar müəyyən mənada stimulvericidir. Mən ixrac mallarına əvəz tapılmasını, valyuta kursunun dəyişməsi ilə bağlı müəssisələrin xərclərinin azalmasını nəzərdə tuturam”. 

Musavat.com