XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

22 İyul 2017 - 20:33

ABŞ Venesuelaya qarşı sərtsanksiyalar hazırlayır

ABŞ Venesuelanın neft sənayesinə qarşı sərt sanksiyalar hazırlayır. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evdəki yüksək vəzifəli nümayəndə xəbər verib. 

Sanskiyaların Venesuelanın neft satışından əldə etdiyi dollar ödənişlərinə qoyulması gözlənilir. "Reuters" bildirir ki, sanksiya tətbiq edilərsə, bu ölkədən neft ixracı ciddi şəkildə azalacaq və ölkə iqtisadi cəhətdən çətin vəziyyətə düşəcək. Sanksiyaların PDVSA dövlət neft şirkətinin bütün dollar tranzaksiyalarını həyata keçirməsini qadağan edəcəyi gözlənilir.

ABŞ-ın həmçinin Venesueladan neft idxalına da qadağa qoyacağı ehtimal edilir. Qeyd edək ki, ABŞ cari ilin ilk 4 ayında Venesueladan gündəlik 780 min barel neft idxal edib. "Reuters"in araşdırmasına görə, PDVSA-nın ixracının 40%-i Rusiya və Çin şirkətlərinin payına düşür. Bu da Venesuelanın bu ölkələrə olan 50 mlrd.dollarlıq kredit borcunun ödənilməsinə sərf olunur.