XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2017 - 19:10

Argentinada insan siması olançəpiş doğulub

Argentinada siması insan sifətini xatırladan keçi balası dünyaya gəlib.

"Report"un məlumatına görə, bu barədə "El Chorrillero" nəşri məlumat yayıb.

Heyvan çərşənbə axşamı ölkənin La-Rioxa vilayətində doğulub. Heyvanın sahibi Qledis Ovyedo deyib ki, başı deformasiyaya uğrasa da, digər çəpişlərdən heç nəyi ilə fərqlənmirdi.

Təsərrüfat sahibinin sözlərinə görə, mutant çəpiş üç saatdan çox yaşamayıb.

"Mən ona süd verməyə hazırlaşırdım ki, gördüm o nəfəs almaqda çətinlik çəkir. Tezliklə öldü"