XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2017 - 11:15

Ərdoğan:“Körfəzdə böhranın bundan sonra  davam etməsinin heç bir mənası yoxdur”

“Körfəzdə böhranın bundan sonra da davam etməsinin heç bir mənası yoxdur. İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədri kimi böhranın aradan qaldırılması üçün səy göstəririk”.

Bunu bu gün Fars körfəzinin üç ölkəsinə – Səudiyyə Ərəbistanı, Qətər və Küveytə səfərə başlayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanında keçirdiyi mətbuat konfransında bildirib.

Küveytin Qətər böhranının həlli istiqamətində səylərini dəstəkləyən Türkiyə prezidenti ilk öncə Səudiyyə Ərəbistanına səfər edəcəyini bildirib: “Səudiyyə Ərəbistanına Körfəzdə böyük qardaş kimi böyük missiya düşür. Bu səfər zamanı qardaşım kral Salman bin Abdel Əziz Əl Səudla, vəlihəd və müdafiə naziri ilə bir araya gələcəm. Daha sonra Küveytə səfər edərək əmir şeyx Sabah Əl Əhməd Əl Cabir Əs-Sabah , iyulun 24-də isə Qətərə səfər edərək əmir şeyx Tamim bin Həməd Əl Tani ilə danışıqlar aparacam. Qətər böhranın ilk günlərindən səbrli, rasional davranıb. Səfərimizin başda Qətər böhranı olmaqla, bölgəmiz üçün xeyirli olmasını arzu edirəm”. (APA)