XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

23 İyul 2017 - 14:18

İsrail yumşaldı:“Əl-Əqsa məscidinin girişindəki dəmir detektorların çıxarılması mümkündür”

“İsrailin Yerusəlimin (Quds) müqəddəs əl-Əqsa məscidi kompleksinin girişinə yerləşdirdiyi dəmir detektorları çıxarması mümkündür”

Strateq.az BBC-yə istinadən bildirir ki, bu barədə İsrailin yüksək vəzifəli rəsmisi bildirib. General-mayor Yoav Mordeşai müsəlmanları təhlükəsizliyi təmin etmək üçün başqa təkliflər verməyə çağırıb.

İsrail məscid kompleksinin girişində yeni təhlükəsizlik tədbirlərini bu ayın əvvəli əl-Əqsa yaxınlığında iki İsrail polisinin qətlindən sonra tətbiq edib.İsrailin addımı fələstinlilərin qəzəbinə səbəb olub. Onlar İsraili İudaizimdə müqəddəs sayılan və Məbəd dağı adlandırılan ərazini ələ keçirmək istədiyini idda edirlər.İslamda Haram əs-Şərif adlanan ərazidə son bir neçə gün ərzində gərginlik artıb.

"Biz ümid edirik ki, İordaniya və digər ərəb ölkələri başqa bir təhlükəsizlik tədbiri təklif edə biləcəklər",-deyə  general-mayor Mordeşai “BBC Ərəbcəyə” bildirib:"Hansı təklif olur olsun, elektronik, kiber və ya müasir texnologiya. İsrail bu məsələni həll etməyə hazırdır. Bizə təhlükəsizlik çözümü lazımdır, siyasi və ya dini yox."

Bu İsrailin mövqeyinin yumşaldığını göstərən ilk əlamətdir. Şənbə günü fələstinli etirazçılar və İsrail təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar davam edib. Son iki gün ərzində dörd fələstinli öldürülüb. Cümə günü üç mülki israilli işğal altında olan Qərb Sahilində Ramallah şəhərinin yaxınlığında yaşadıqları yəhudi məskənində bıçaqlanaraq öldürülüblər. Bazar ertəsi günü Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası qarşıdurmanın həlli yollarını müzakirə edəcək.