XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

24 İyul 2017 - 10:57

Türkiyədə “Cumhuriyet” qəzetinin 17 jurnalistinin məhkəməsi başlanır –Terrorçu təşkilatla əlaqədə  ittiham olunurlar

Türkiyədə bazar ertəsi Cumhuriyet qəzetinin 17 jurnalisti və meneceri "terrorçu təşkilatla əlaqə" ittihamı ilə məhkəməyə çıxacaq.

Strateq.az BBC-yə istinadən bildirir ki, əgər təqsirli bilinsələr, onlar birgə 43 il həbs cəzası ala bilərlər. Haqlarında həbs-qətimkan tədbiri seçilən qəzetin işçilərinin 10 nəfəri təxminən doqquz aydır ki, azadlıqdan məhrum edilib.

Təxminən bir həftə öncə Türkiyə, baş tutmamış çevriliş cəhdinin bir illiyini qeyd edib, həmin gün "demokratiyanın zəfəri" adlandırılıb. Lakin tənqidçilər deyirlər ki, həmin gündən az zaman sonra 50 min insanın həbs edilməsi ilə nəticələnmiş fövqəladə halın elan edilməsi əslində kütləvi repressiyanın başlanğıcı idi.

Media azadlığı qrupları deyirlər ki, bu dövrdə 150-dək KİV bağlanıb və 150-dən çox jurnalist saxlanılıb. Lakin hökümət bu rəqəmlərlə razı deyil. Ötən ay BBC-ə danışan prezident  Ərdoğan bildirib ki, ölkədə cəmi 2 jurnalist həbsdədir: "Qalanları ya terrorçudur, ya silah daşıyıb, ya da ki ATM maşınlarını oğurlayıblar”.

Bazar günü qəzetin sabiq redaktoru Can Dündarın da məhkəməsi başlayır. Keçən il ona "casusluq" ittihamı ilə 3 aylıq həbs verilib və sonradan o zaminə buraxılıb. Hazırda o Almaniyada, mühacirətdə yaşayır: "Cənab Ərdoğanın iki nəfər deyəndə kimi nəzərdə tutduğunu bilmək istəyirəm", -Dündar BBC-ə Skype-da deyib.

Hazırda bütün dünya jurnalistləri və media azadlıqları təşkilatları bazar ertəsi məhkəməsi başlayacaq Cumhuriyet qəzetinin jurnalistlərinin işini yaxından izləyir.

Cənab Dündar düşünür ki, bu işin necə bitməsi Türkiyənin gələcəkdəki hərəkətlərinin göstəricisi olacaq: "Cumhuriyet Türkiyədə azad medianın son qəsrlərindən biridir. Bu qəsri itirsək, ölkəmizdə azad media olmayacaq",-deyə  cənab Dündar düşünür.