XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 July 2017 - 12:03

Venesuelada siyai böhran kəskinləşib –Maduro müxalifəti “paralel dövlət” yaratmaqda ittiham edib

Venesuela Prezidenti Nikolas Maduro yuxarı məhkəmə instansiyasının qərarının əleyhinə olaraq parlamentin təyin etdiyi Ali məhkəmənin bütün üzvlərinin həbs ediləcəyini bildirib və müxalifəti “paralel dövlət” yaratmaqda təqsirləndirib.

“Euronews” telekanalı xəbər verir ki, Maduro, həmçinin ölkə daxilində və xaricdə etirazlara baxmayaraq, Konstitusiya Assambleyasına seçkilərin keçiriləcəyini təsdiqləyib. Müxalifət nümayəndələri seçkilər əleyhinə iyulun 24-də və 28-də kütləvi aksiyalar təşkil olunacağını, həftənin ortalarında 48 saatlıq tətilə başlayacaqlarını bildiriblər.

Ölkədə etirazların baş qaldırdığı vaxtdan indiyədək azı 100 nəfər həlak olub, 1500 nəfər yaralanıb, 1000-dək nümayişçi həbs edilib. Konstitusiya Assambleyasına seçkilər iyulun 30-da keçirilməlidir.

Bir qədər əvvəl Maduro onun bu mövqeyini tənqid edən Avropa İttifaqının nümayəndəsi Federiko Moqereniyə sərt cavab verib. Prezident deyib ki, “Venesuela müstəqil və suveren dövlətdir, biz heç kəsin daxili işlərimizə qarışmasına yol verməyəcəyik”.