ABŞ vitse prezidenti Co Bayden davamlı islahatlara çağırış məqsədilə Ukraynaya səfər edib.
O, Suriya müharibəsinin Vaşinqtonun Ukrayna böhranına dəstəyini azaltmayacağını əminliklə bildirib.
Bayden Kiyevə bu gün səhər çatıb və sabah Ukrayna parlamentində çıxış etməzdən əvvəl onun Prezident Petro Poroşenko ilə görüşü gözlənilir.
Vitse prezident bazar ertəsi Kiyev şəhər meri Vitali Kliçko ilə görüşüb və onun polis, şəffaflıq və ticarət üzrə mühüm islahatlar aparmasını yüksək qiymətləndirib. Baydenin vergi islahatları da daxil olmaqla Ukraynada korrupsiya əleyhinə səyləri nəzərdən keçirəcəyi gözlənilir.
2014-cü ildə Rusiya Krımı işğal etdikdən bəri bu Baydenin ölkəyə beşinci səfəridir.
Bu səfər Ukraynanın şərqində Ukrayna hökumət qoşunları ilə Rusiyapərəst üsyançılar arasında döyüşlərin səngiməsi ilə bir vaxta təsadüf edir. 18 aydan çox davam edən müharibədə əksəriyyəti mülkü vətəndaş olmaqla təxminən 8000 insan həlak olub.