XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

24 İyul 2017 - 19:19

Kremldən açıqlama:“Yeni sanksiyalar “Şimal axını 2” layihəsinə zərər vura bilər”

Kreml təklif edilən yeni sanksiyalardan narahat olduğunu bəyan edib. Moskva yeni sanksiyaların böyük invesitisiya layihələrini zədələyə biləcəyindən danışıb.

Ağ Ev məlumat yaydı ki, prezident Tramp Senat və Nümayəndələr Palatasının keçən həftə aldığı qərarı imzalamağa hazırdır. Qərara əsasən Rusiyaya qarşı sanksiyalar daha da sərtləşdiriləcək.

Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, sanksiyalar Rusiya ilə bərabər üçüncü ölkələrə də zərbə vuracaq.

“Biz Avropalı partnyorlarımızla böyük layihələri həyata keçirmək üzərində işləyirik. Bu səbəbdən “Şimal axını -2” layihəsinə yarana biləcək hər hansı maneələr bizim əsas narahat olduğumuz məsələdir”, – Peskov jurnalistlərin “Şimal axını- 2” layihəsi ilə bağlı sualına cavab olaraq bildirib. 
O, bu sanksiyaların Rusiya-ABŞ əlaqələrini zədələyəciyini də qeyd edib. Lakin Peskov onu da qeyd edib ki, Moskva sanksiyaların hansı şəkli alacağına qədər gözləyəcək.

“Biz bu vəziyyət nə ilə sonlanacaq deyə səbrlə gözləyəcəyik” – mətbuat katibi bildirib.